Fransanın "Monako" klubu heyətini "Bavariya"nın gənc futbolçusu Xerdan Şaqiri ilə gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, Falkaonun komandası isveçrəli "Messi" ləqəbli futbolçu ilə yaxından maraqlanır. Klub rəhbərliyinin futbolçuya görə 20 milyon avro təklif edəcəyi gözlənilir.
Qeyd edək ki, klublar arasında danışıqlar yaxın günlərdə başlayacaq.
