Digər idman növləri

“Monako” İkardini istəyir

19.08.2019 , 13:06

“İnter”in baş məşqçisi Antonio Kontenin planlarında yer almayan Mauro İkardiylə “Yuventus” və “Napoli”dən sona Fransanın “Monako” klubu da maraqlanmağa başlayıb.

“Knyazlıq klubu” argentinalı hücumçuya illik 12 milyon avro maaş təklif etməyə hazırlaşır. “Monako” Milan klubuna 65 milyon avro təklif etməyi düşünür.

“İnter”in argentinalı forvardı bu qiymətə satmağa razı olacağı iddia edilir.

“Göy-qaralar”ın direktoru Beppe Marotta İkardiylə yolları ayıracaqlarını açıqlamışdı.

“İnter” İkardini 2013-cü ildə “Sampdoriya”dan 13 milyon avroya transfer etmişdi. Hücumçu 219 oyuna 124 qol vurub, 28 assist edib.

 

Son yazılar

Yuxarı