Molina “Mançester Siti”nin maraq dairəsində
05.10.2025 , 15:17
“Atletiko”nun müdafiəçisi Nahuel Molina karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” argentinalı futbolçunun xidmətində maraqlıdır.
Xəbərdə bildirilib ki, Premyer Liqa təmsilçisi yanvar ayındakı transfer pəncərəsində 27 yaşlı sağ cinah müdafiəçisini heyətinə cəlb etməyi planlaşdırır.