Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı bu günü başa çatır.
Korner.az-ın məlumatına görə, bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun daha iki üzvü çıxış edib.
Kişilərin yarışında 77 kq çəki dərəcəsində “Kişinyov-Zirvə” atleti Dumitru Kaptari mübarizə aparıb. O, 332 kq (152+180) nəticə ilə 8-ci yeri tutub.
Qadınlarda 75 kq çəki dərəcəsində isə həmin klubdan Natalya Prişepa körpücük üzərinə çıxıb. O, 232 kq (107+125) nəticə ilə 7-ci yeri tutub.
