Moldova millisində türkiyəli baş məşqçi
29.10.2019 , 19:19

Moldova Futbol Federasiyası millinin baş məşqçi Semyon Altmanı istefaya göndərib.
Korner.az xəbər verir ki, yığmanın yeni çalışdırıcısı türkiyəli mütəxəssis Engin Fırat olub.
Molodva millisi AVRO-2020-nin seçmə mərhələsində xal qazana bilməyib.
Mütəxəssis sonuncu dəfə “Dallas Siti”nin idman direktoru vəzifəsində çalışıb.
