Moldova – Azərbaycan oyununun hakimləri
14.11.2022 , 14:06

Azərbaycan millisinin Moldovaya qarşı keçirəcəyi yoxlama oyununun hakimləri dəqiqləşib.
Korner.az xəbər verir ki, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcək.
Noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
