Moldova – Azərbaycan matçının vaxtı dəqiqləşib
19.10.2022 , 14:21

Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı məlum olub.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.
