“Molde” – “Qarabağ” matçının hakim təyinatları
28.11.2023 , 13:55

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçı üçün hakim təyinatları müəyyənləşib.
Korner.az xəbər verir ki, matçın baş hakimi Erik Lambrexts olacaq.
Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo (Fransa) və Yan Boterberq (Belçika) VAR hakimləri olacaqlar.
Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.
