“Molde” – “Qarabağ” matçının biletləri 17 avroya
27.11.2023 , 14:59

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (737 ədəd) oyun günü – noyabrın 30-u yerli vaxtla 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletin qiyməti: 400 Norveç kronudur (təqribən 17,05 avro).
“Qarabağ” Avroliqanın qrup mərhələsinin V turunda noyabrın 30-da Norveçdə “Molde” ilə qarşılaşacaq. Komandalar arasında Bakıda baş tutan oyunda “atlılar” qələbə qazanıb – 1:0
