MOİK tarixə düşdü
20.10.2023 , 15:55

1-ci Liqanın 5-ci turu MOİK üçün əlamətdar olub.
Korner.az PFL-ə xəbər verir ki, səfərdə “Karvan”a 3 cavabsız qolla qalib gələn Bakı klubu mövsümdə 3-cü mövqesini qazanıb. Bu, tarixində yubiley uğuru olub.
Paytaxt təmsilçisi müstəqillik illərində 300-cü mövqeyini qazanıb. 1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu oyununda nail olub.
Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl birinci qrup və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.
MOİK Azərbaycan futbolu tarixinə müstəqillik illərində 300 və daha çox qazanan 5-ci komanda kimi düşüb. Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” daha çox oyunda qazanıb.
