MOİK – “Sabah-2” oyunun yeri dəyişdirildi
28.10.2020 , 14:29

I Divizionda IV turun MOİK – “Sabah-2” oyununun keçirilmə yeri dəyişdirilib.
Korner.az PFL-ə istinadən xəbər verir ki, görüş öncədən nəzərdə tutulduğu kimi Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda yox, “ASCO Arena”da keçiriləcək.
I Divizion
IV tur
30 oktyabr
MOİK – “Sabah-2”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kərim Ağayev.
Bakı. “ASCO Arena”, 14:00.
