“MOİK möhtəşəm çıxış etdi” – Tahir Gözəl
21.12.2023 , 16:39
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə keçirilən “Qarabağ” – MOİK (1:0) oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.
Korner.az xəbər verir ki, o, MOİK-in inamlı mübarizəsi ilə bağlı bunları deyib:
“Möhtəşəm çıxış etdilər. MOİK-i alqışlamalıyıq. Əsgərlərin qələbə ruhunu, oyunçularda görürdük. Böyük əzim göstərdilər. Bu gün onlar qalib gəlsəydilər, mən üzülməyəcəkdim.
İlk dəfədi buradayam. Gecə ilə şəhəri gəzmişəm. Təmiz hava almışam. Qeyri-adi duyğudur. Qürur hissimiz var. Böyük fədakarlıqla, biz buralara gəlib çıxmışıq”.
Klub prezidenti “İmarət” stadionunun yenidən tikilməsi xəbəri ilə bağlı bunları deyib:
“Prezident xoş xəbər verdi ki, “İmarət” stadionu tikiləcək. Buna çox sevinirəm. Avropa klublarına mesajım budur ki, son illərin ən gözəl klubu “Qarabağ”dır. Biz hər zaman Avropaya sürpriz edəcəyik. “Braqa” oyununa gəldikdə isə bizim üçün ağır oyun olacaq. Amma inanıram ki, “Qarabağ” möhtəşəm mübarizə aparacaq”.