"Liverpul" Rusiya MOİK-ində çıxış edən Seydu Dumbiyanı transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu mövsüm çıxdığı 41 matçda 33 qol vurmağı bacaran fildişili futbolçu üçün ingilislər 26 milyon pound ödəməyə hazır olduqları bildirilir.
Qeyd edək ki, Dumbiya "Mançester Yunayted", "Çelsi", "Tottenhem" və "Napoli" kimi klubların da maraq dairəsindədir.
