Rusiyanın nüfuzlu “İzvestiya” qəzeti sensasiyalı iddia ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, qəzetin iddiasına görə, hazırda İngiltərənin "Arsenal" klubunun şərəfini qoruyan Andrey Arşavin Azərbaycan klublarından biri ilə danışıqlar aparır. Məlumatda bildirilir ki, bu mövsüm yekunlaşandan sonra Arşavin ya Azərbaycan, ya da danışıqlar apardığı digər ölkə – Avstriyanın çempionatında çıxış edə bilər.
Hazırda transfer dəyəri 4.5 milyon avro olan rus futbolçunun danışıqlar apardığı klub rəhbərləri qarşılarına bu idman növünün populyarlığının artırılması və klubların Avpopada uğurlu çıxış etməsi məqsədini qoyub.
