Bu gün Azərbaycan kubokunun final qarşılaşması çərçivəsində “Neftçi” və “Bakı” klubları üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, “Bakı”nın “Neftçi” üzərində 2:0 hesabıyla qələbə qazanaraq Azərbaycan kubokunu qazandığı qarşılaşma başlamazdan öncə azarkeşlər üçün sevimli müğənnilərin – Röya ilə Aygün Kazımova və meyxanaçılar – Pərviz Bülbülə ilə Rəşad Dağlının iştirakı ilə şou-proqram keçirilib. Azarkeşlərin böyük marağına səbəb olan möhtəşəm şou-proqram “Dalğa Arena”da əsl “futbol bayramı” əhval-ruhiyyəsi yaradıb.