Modriç tarixə düşdü
01.05.2024 , 16:00
“Real”ın ulduz futbolçusu Luka Modriç klubun tarixinə düşüb.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi komandasının Çempionlar Liqasında meydana çıxan ən yaşlı futbolçusu olub.
Belə ki, Modriçin rekordu “Bavariya” ilə ötən gecə keçirilən ilk oyununda ( 2:2), 38 yaş 234 günlüyündə qeydə alınıb.
Bununla da Modriç “Real”ın əfsanəsi Ferents Puşkaşın rekordunu yeniləyib.