Modriç “Real”dan nə vaxt gedir?
18.03.2025 , 16:58

Ulduz oyunçu Luka Modriç “Real”dan ayrılmaq istəmir.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
39 yaşlı xorvatiyalı futbolçu daha 1 il Madrid nəhəngində qalmaq istəyir.
Modriçin hazırkı müqaviləsinin müddəti mövsümün sonuna kimidir.
Təcrübəli yarımmüdafiəçi La Liqa klubu ilə sözləşməsini 2026-cı ilə qədər uzatmaq fikrindədir.
