Modriç “Real”dan gedir?
22.05.2025 , 22:47

Luka Modriç mövsümün sonunda “Real”dan ayrılacaq.
Korner.az xəbər verir ki, bununla bağlı futbolçu sosial media hesabında paylaşım edib.
39 yaşlı xorvatiyalı oyunçu iyunun sonunda başa çatacaq sözləşməsinin müddətini uzatmayacaq.
Luka Modriç 2012-ci ilin yayından Madrid klubunda çıxış edir.
