Modriç qərarını verdi
29.04.2024 , 11:22

Ulduz oyunçu Luka Modriç karyerası ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, futbolçu “Real”da qalacaq.
Klub rəhbərliyi Modriçlə yeni müqavilə imzalamaq üçün razılığa gəlib.
Futbolçu ilə imzalanacaq sözləşmənin detallarının yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
38 yaşlı xorvatiyalı bu mövsüm 39 matçda meydana çıxıb, iki qol vurub və 6 ötürmə ilə yadda qalıb.
