AÇ-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç komandasının hədəfləri haqda danışıb.
Korner.az-ın məlumatına görə, “Real”ın xorvatiyalı yarımmüdafiəçisi İtaliya millisini öz meydanlarında məğlub edəcəklərini deyib:
“Hədəfimiz qrupdan lider olaraq Avropa çempionatının final mərhələsinə qatılmaqdır. Turnir cədvəlində ən yaxın izləyicimiz İtaliya yığmasını 2 xal qabaqlayırıq. Səfərdə onlarla 1:1 heç-heçə oynadıq. Düşünürəm ki, öz meydanımızda rəqibə qalib gələ bilərik”.
Qeyd edək ki, Xorvariya – İtaliya yığmaları arasında qarşılaşma iyunun 12-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
