Modriç formasını bağışladı
01.03.2023 , 14:26

Xorvatiya millisinin futbolçusu Luka Modriç ötən il Qətərdə təşkil olunan dünya çempionatında Mərakeşə qarşı keçirdikləri üçüncü yer uğrunda matçda geyindiyi formanı Türkiyənin Zaqrebdəki səfirliyinə verib.
Korner.az xəbər verir ki, sözügedən forma hərraca çıxarılacaq və satışdan gələn gəlir zəlzələ nəticəsində zərərçəkənlərə yardım üçün xərclənəcək.
