Modriç: “50 qol vuran futbolçunu göndərib…”
04.03.2019 , 17:38

Madridin “Real” klubunun xorvatiyalı futbolçusu Luka Modriç Ronaldonun gedişinin kluba nə qədər təsir etdiyinə dair sualı cavablandırıb.
33 yaşlı yarımmüdafiəçi ad çəkmədən bir neçə futbolçudan ümidli olduğunu qeyd edib.
“Klub ilə 50 qol vuran futbolçunu göndərdikdən sonra, digərlərinin önə çıxmasını gözləyirdi, amma vəziyyət bir qədər fərqli oldu. Adlarını çəkmək istəmirəm, amma bir neçə oyunçudan 15-20 qol arası gözləyirdik.”
Qeyd edək ki, Luka Modriç bu mövsüm “Real”ın heyətində 25 görüş keçirib və 2 qol vurub.
