Avropa Liqasını I təsnifat mərhələsinin oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, paytaxtın “Neftçi” klubu “Mladost”u qəbul edib.
Oyunda qalib müəyyən olmayıb – 2:2
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Mladost”un Nikola Rakoyeviç baş məşqçisi bunları deyib:
“Nəticə ilə qane olduq və evə ümidlə qayıdırıq. Təbii ki, bu son deyil. Bu oyunun davamı var. “Neftçi” topa nəzarət edərkən mən həyəcan keçirirdim. Hər iki komandanın şansı var. Hər iki komandanın bir-biri haqda bir o qədər də çox məlumatı yox idi. Ona görə də, oyun ərzində adaptasiya olmağa çalışdıq. “Neftçi” son 3 oyunda qol vura bilmirdi, lakin bu oyunda iki qol vurmağı bacardı. İlk qolda rəqibin bəxti gətirsə də, ikinci qol da bizim səhvimiz oldu. Həqiqətən də, “Neftçi” çox dəyişib”
