“Neftçi” PFK ilə Monteneqro televiziyası arasında gedən danışıqlar müsbət nəticələnib.
Korner.az-ın məlumatına gröə, azarkeşlərin oyuna olan marağını nəzərə alan paytaxt təmsilçisi yayım hüquqlarını əldə edib.
Artıq “İdman Azərbaycan” telekanalı bu oyun üçün proqramda vaxt ayırıb. Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə sabah saat 23:30-dan etibarən bu kanal vasitəsilə canlı yayımlanacaq.
