Premyer Liqa

Mladen Milinkoviç: “İstədiyimiz oyunçuları axtarırıq”

13.08.2018 , 09:59

Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının ilk turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

O, 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib: “Oyunumuzda bəzi dəyişikliklə edilməlidir. Miloş Boşançiçin zədələnməsi yaxşı hal olmadı. İkinci hissədə şanslarımızı dəyərləndirə bilmədik və yekunda uduzduq. Təəssüf ki, ilk oyunda məğlubiyyət acısı aldıq”.

Serbiyalı mütəxəssis transfer axtarışında olduqlarını deyib: “Prezidentlə danışmışıq. Axtarışdayıq. Ayın sonuna kimi vaxtımız var. İstədiyimiz oyunçuları axtarırıq”.

Son yazılar

Yuxarı