Misirli hücumçuya “Barselona”dan maraq
12.12.2025 , 16:30
Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında forma geyən gənc hücumçu Hamza Abdelkarim Avropanın nəhəng klublarından birinin – “Barselona”nın marağına səbəb olub.
Korner.az xəbər verir ki, kataloniyalılar 17 yaşlı talantı yaxından izləyir.
Klubun idman direktoru Dekunun Abdelkarimlə xüsusi maraqlanmasına onun U-17 dünya çempionatında göstərdiyi oyun təsir edib. Gənc forvard Kataloniyaya mümkün transferi müsbət dəyərləndirsə də, “Əl-Əhli” rəhbərliyi oyunçunu buraxmaq fikrində deyil və danışıqlara çıxmağa hazırlaşmır.
Bu arada, La Liqada 16 turu arxada qoyan “Barselona” 40 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.