“Bazel”də uğurlu çıxışı ilə diqqət çəkən Məhammed Salah bir çox klubun diqqətini öz üzərinə toplarkən yaxın dostu iddialı açıqlama verib.
Korner.az-ın məlumatına görə, misirli futbolçunun yaxın dostu və özü də futbolçu olan Zika qonaq olduğunu verilişlərin birində gənc futbolçunun “Liverpul”a transfer olacağını bildirib:
“Salah “Liverpul“la razılaşıb. İnşallah bu yay transfer olacaq. Bizi və bütün Misiri qürurlandırdı. Hazırda hamı Salah haqqında danışır. Salah mənim yaxın dostumdur, onun uğur qazandığına görə, çox xoşbəxtəm”.
