Misirin ərəblərə uduzduğu matçı şərh edərkən infarkt keçirib
26.06.2018 , 11:17

Misirin “Ez-Zemalik” klubunun sabiq futbolçusu Abdurrahim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin üçüncü turunun oyunu zamanı dünyasını dəyişib.
O, ölkəsinin milli komandasının Səudiyyə Ərəbistanına qarşı keçirdiyi matçı şərh edərkən infarkt keçirib. Səudiyyə Ərəbistanın ikinci qolundan sonra həyəcanlanan Məhəmməd xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dəqiqədə vurduğu qolla Misirə 2:1 hesabı ilə qalib gəlib
