Misir millisinə yeni baş məşqçi təyin edilib
02.08.2018 , 20:05

Xavyer Aqirre futbol üzrə Misir milli yığmasının baş məşqçisi təyin edilib
Bu barədə Misir Futbol Assosiasiyasının nümayəndəsi bildirib.
Məlumata görə, meksikalı baş məşqçinin aylıq əmək haqqısı 120 min ABŞ dolları təşkil edəcək.
Aqirre əvvəllər “Atletiko”, “Saraqosa”, “Espanyol” klublarında, həmçinin Meksika və Yaponiya millilərində çalışıb.
