Misir milli komandası baş məşqçisi ilə yollarını ayırıb
27.06.2018 , 14:15

Misir Futbol Federasiyası milli komandanın baş məşqçisi Ektor Kuperlə yollarını ayırıb
Qurum 63 yaşlı mütəxəssisin başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Misir DÇ-2018-də A qrupundakı hər 3 oyunda məğlub olaraq mundialı xalsız başa vurub. Komanda 28 il sonra dünya çempionatında iştirak edib.
