Dünya futbolu tarixinə daha bir faciə yazılıb.
Korner.az-ın məlumatına görə, bu hadisə Misirdə yaşanıb. Paytaxt Qahirədə polislə qarşıdurma zamanı “Zamalek” klubunun 14 azarkeşi həlak olub, 8-i yaralanıb.
Hadisə “Enppi” ilə oyunöncəsi fanatlar bilet almaq istəyərkən baş verib. Tribunalara giriş məhdudlaşdırıldığından polislə azarkeşlər arasında insident yaranıb. Daha sonra polis gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıdıb.
