Misir çempionatında keçirilən “Leopards” – “Zamalek” matçında xoşagəlməz hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Rodi N’Daye rəqib qapıçı ilə toqquşduqdan sonra yerə başı üstə düşüb.
Ciddi zədə alan futbolçunun onurğasının 5 yerdən qırıldığı açıqlanıb. Onun iflic ola bilmə təhlükəsi qaldığı bildirilir.
