Mişi Batşuayi Fransa klubunda
14.01.2019 , 13:49

“Çelsi” hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib.
Belçika millisinin üzvü karyerasını yenidən Fransada davam etdirəcək. 25 yaşlı forvard “Monako”da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Batşuayi 2016-cı ildə “Marsel”dən “Çelsi”yə 38 milyon avro qarşılığında transfer olmuşdu. Belçikalı hücumçu “Borussiya” (Dortmund) və “Valensiya” klublarında icarə əsasında çıxış edib.
