UEFA prezidenti Mişel Platini maraqlı açıqlamalr verib.
Korner.az-ın məlumatına görə, Dünya Çempionatında iştirak edəcək komandaların sayı artırıla bilər.
O sayın 32-də 40-a qaldırılması məsələsində Blatterlə həmfikir olduğunu deyib, lakin Avropa komandalarının azaltmağın əleyhinə olduğunu da açıqlayıb.
O, fikirlərini belə ifadə edib: “Mən Blaterin təklifini alqışlayıram. Amma, düşünürəm ki, Avropa ölkələrinin sayını azaltmaq lazım deyil. Turnir iştirakçılarının sayını 32-dən 40-a yüksəltmək olar. Belə olan halda əlavə olaraq Afrikadan, Asiyadan və Amerikadan daha 2 ölkə, eyni zamanda Avropadan v 2, Okeaniyadan 1 ölkə vəsiqə qazana bilər.”
Qərar təsdiq olunarsa Dünya Çempionatı normal vaxtında 3 gün daha çox davam edəcək.