Mirzəyev oynadı, komandası mərhələ adladı
23.02.2020 , 13:33

Küveytin “Əl-Salmiyə” klubu “Prince Cup”da 1/8 finala vəsiqə qazanıb.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi komanda 1/16 finalda “Əl-Fahaahel” ilə qarşılaşıb.
2:1 hesablı qələbə qazanan “Əl-Salmiyə” 1/8 finala yüksəlib.
Kamal parlaq oyunu ilə komandasının qələbəsində pay sahibi olub.
