FİFA tərəfindən İlin ən yaxşı qolunun müəllifi seçilən Miroslav Stok,"Gənclərbirliyi"nə vurduğu qolun ötürməsini edən Aleksə və ona səs verən hər kəsə təşəkkür etdi.
Korner.az-ın məlumatına görə, slovakiyalı futbolçu təssüratlarını bölüşüb:
"İlk onluğa girməyi belə gözləmirdim. Başda sabiq kapitanımız Aleksə ötürdüyü ötürmə üçün və mənə səs verən bütün hər kəsə çox təşəkkür edirəm. Onların səsləri olmasa burada ola bilməzdim. Bu səbəblə bu mükafat eyni zamanda onlara aiddir".
