"Mənim yeni klubum növbəti ildə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. “Qarabağ”la böyük təcrübə qazanmaq istəyirəm. Buna görə də onların təklifindən imtina edə bilməzdim". Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun yeni transferi Miro Varvodiç deyib.
"Köln"dən transfer edilən xorvatiyalı qapıçı Almaniya mətbuatına açıqlamasında iki ildən sonra yenidən Avropaya qayıdacağını bildirib: "İki il ərzində bütün qapıçılar kimi mən də yaxşı çempionatda çıxış etmək istəyirəm. Bundan sonra isə yenidən Avropaya qayıdacağam. Bakıya gəldikdə isə bu şəhərin ikinci Dubay adlandırıldığı haqda eşitmişdim. Buraya böyük sərmayələr qoyulub və şəhər gözəlləşərək, sürətlə inkişaf edir".
Qeyd edək ki, Almaniya mətbuatı Virdoviçin transferinin "Qarabağ" klubuna 800 min avroya başa gəldiyini iddia edir.
