Mirça Rednikin yeni klubu müəyyənləşib
02.12.2020 , 10:16

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis ölkəsinin “Vitorul” klubunda çalışacaq
58 yaşlı mütəxəssis Konstanta təmsilçisində baş məşqçi Georgi Hacinin köməkçisi təyin olunub. Onunla 2.5 illik müqavilə imzalanıb.
