"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin rəhbərlik etdiyi "Standart" Belçika çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.
Korner.az-ın məlumatına görə, "Oud-Heverli" klubu ilə qarşılaşan Lyej təmsilçisi rəqibini hər hissədə vurduğu bir qolla məyus edib – 2:0.
Qeyd edək ki, rumıniyalı mütəxəssisin başçılığı altında "Standart" ilk oyununda səfərdə "Genk"lə qarşılaşıb və qələbə qazanıb.
