Mirabdullanın 100-cü oyunu
28.09.2020 , 15:06

Azərbaycan Premyer Liqasının 4-cü turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.
Korner.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.
Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb.
