Bu gün ölkə çempionatının XV turu çərçivəsində, “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəldi. Oyun 1-0 “Neftçi”nin leyhinə başa çatdı.
Oyundan sonra “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov jurnalistlərə açıqlama verib:
-Psixoloji cəhətdən çox vacib bir qələbə idi. Təlim-məşq toplanışındakı oyunlar çox da uğurlu deyildi. Üstümüzdə təzyiq var idi.
– Təxminən, 20 kq artıq çəkisi olan futbolçu var idi meydanda…
– Bu, məşqçinin seçimidir. Buna hörmətlə yanaşıram. Mənim işim meydana çıxıb, öz işimi görməkdi.
– Təlim-məşq toplanışı uğurlu olmadı. Bəs, bu oyundan qabaq təzyiq hiss olunurdumu?
– Bayaq dediyim kimi, çox böyük təzyiq var idi üstümüzdə. Yaxşı ki, qələbə qazana bildik.
– 90 dəqiqə oynamağa hazır hiss edirsən özünü?
– Hazıram.
– Bu qələbə ilə yaxşıya doğru dəyişikliklər olacaqmı?
– Bəli, inanıram ki, daha inamlı oynayacağıq bundan sonra. Qələbələrimizi sıralayacağıq.
