Minifutbol üzrə dünya çempionatı davam edir
28.05.2025 , 10:00

Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.
Korner.az xəbər verir ki, bu gün turnirdə 1/8 final mərhələsinə yekun vurulacaq.
Mərhələnin 2-ci oyun günündə 4 matç keçiriləcək.
Gürcüstan Serbiya ilə, Polşa Monteneqro ilə, Çexiya İsraillə, Bosniya və Herseqovina isə Tailandla qarşılaşacaq.
Qeyd edək ki, ötən gün Azərbaycan millisi Rumıniyaya qalib gələrək 1/8 finala yüksəlib.
Dünya çempionatı, 1/8 final
28 may
17:30. Monteneqro – Polşa
19:00. Bosniya və Herseqovina – Tailand
20:30. Çexiya – İsrail
22:00. Serbiya – Gürcüstan
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
