Minifutbol üzrə Azərbaycan çempionatı nə vaxt başlayacaq?
17.07.2024 , 13:10

Minifutbol üzrə növbəti ölkə çempionatının başlama tarixi bəlli olub.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
2024/2025 mövsümü 2024-cü il, oktyabr 3-də start götürəcək.
Matçlar isə Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək.
