Ölkəmizdə minifutbolun inkişafı və kütləviləşdirilməsi yönündə təsis edilmiş “Azərbaycan MiniFutbol Assosiasiyası” (AMFA) “Bakcell”in baş sponsorluğu ilə Alfa Liqa adlı yeni layihəsini futbol həvəskarlarına təqdim edib.
Bakı Biznes Mərkəzində yerləşən Şam Bulvar restoranında Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı və "Baksell"in sponsorluğu ilə keçirilən minifutbol üzrə Alfa Liqanın püşkatma mərasimi baş tutub.
Tədbir açıq elan edildikdən sonra söz Azərbaycan MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynova verilib. Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, hazırda futzal üzrə Yüksək Liqada 2-ci pillədə qərarlaşan "Marafon" komandasının sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq. Videorolikin nümayişi ilə paralel Alfa Liqanın formatı və qalibə veriləcək kubok haqqında danışan Hüseynov çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib. Daha sonra çempionatın püşkatmasına start verilib. Bunun üçün baş sponsor olan "Bakcell"in nümayəndəsi Elnur Səfərov, "Azfar Group"dan Mahir Cəbiyev, "Zirə" futbol klubunun prezidenti Natiq İsmayılov və Elşad Quliyev səhnəyə dəvət olunub. Əvvəlcə 8 qrupun birinciləri müəyyən edilib. Ardınca hər qrupda yer alacaq 2-ci, 3-cü və 4-cü komandaların adlarına aydınlıq gəlib. Qrupların tərkibinə aydınlıq gəldikdən sonra MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynov Alfa Liqanın qaydaları və normativləri haqqında bilgi verib.
Qeyd edək ki, Alfa Liqa mayın 19-da start götürəcək.
Alfa Liqa
A qrupu
İOSC
Rezident
Pepsi
Baktelekom
B qrupu
İCE
Sirab
Turin
Carclub
C qrupu
Eminspor
Avengers
Azersun
TOTA
D qrupu
Mr. Fix
KATV
Sky Travel
Zirə
E qrupu
Uğur
Vur Komandir
Archico
Galaxy
F qrupu
LSS
Sirena Motors
Kapitanlar
Bayern Bakı
G qrupu
Timsport
Universal
Peçat Dönər
Azfar Group
H qrupu
Borçalı
Maştağa
Bərdə Aristokrat
STP
