Ölkə futbolu

Mingəçevirdə müəllimlər üçün məşqçi kursu keçirilir

12.02.2020 , 18:51

AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə bu gündən etibarən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) iştirakı ilə D kateqoriyalı məşqçi kursu keçirilir.

Korner.az xəbər verir ki, fevralın 14-dək davam edəcək kursun ilk günündə iştirakçılara futbol bilikləri aşılanıb, onlara futbol terminləri izah olunub, ümumi futbol nəzəriyyəsi haqqında məlumat verilib.

AFFA-nın təlimatçıları tərəfindən aparılan seminarda 21 məşqçi-müəllim iştirak edir.

Son yazılar

Yuxarı