“Mingəçevir” 3 cavabsız qolla qalib gəldi
07.02.2026 , 16:42
Bu gün Azərbaycan 1-ci liqasında 13-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun gününə 1 matç keçirilib.
“Şimal” klubu doğma meydanda “Mingəçevir”i qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
7 fevral (şənbə)
14:30. “Şimal”- “Mingəçevir” – 0:3
Qol: M.Səfərov, 15, B.Həziyev, 65-pen.; K.Kalunqa, 82
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasiyev
Şamaxı OİK stadionu