"Özümü xoşbəxt sayıram. Karyeramda yeni səhifə açılır. Mənə etimad göstərdiyinə görə rəhbərliyə və şəxsən baş maşqçi Ramil Əliyevə minnətdaram”.
Korner.az–ın məlumatına görə, bu sözləri "Rəvan”la 1,5 illik müqaviləyə imza atan Miloş Adamoviç klubun rəsmi saytına bildirib.
Serb yarımmüdafiəçi qeyd edib ki, artıq cari mövsüm komandaya tam uyğunlaşmaq istəyir: “Yeni mövsümdə isə daha güclü olacağıq. Növbəti mövsümdə ilk "altılıq”, ardınca isə avrokuboklar uğrunda mübarizə aparmaq olar”.
