Milner: “Bu oyuna enerji sərf etməyəcəm”
23.04.2019 , 20:27

“Liverpul”un futbolçusu Jeyms Milner “Mançester” derbisi ilə bağlı danışıb.
Oyuna baxmayacağını deyən futbolçu bunun səbəbini də açıqlayıb.
“Mançester” derbisinə baxmayacam, çünki artıq enerji sərf etmək niyyətində deyiləm. Həmin vaxtı yemək bişirib vaxt keçirəcəm. Oyundan sonra hesaba baxacam.”
Qeyd edək ki, “Mançester” derbisi sabah keçiriləcək.
