Xəbər verdiyimiz kimi, U-16 Azərbaycan milli yığma komandası oktyabrın 23-dən 31-dək Belqradda (Serbiya) təlim-məşq toplanışında olacaq.
Korner.az-ın məlumatına görə, yığmamızın təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblər müəyyənləşib.
Yığmamız Belqradın “Srvena Zvezda” klubu və U-16 Serbiya millisinə qarşı yoldaşlıq oyunları keçirəcək.
