Milliyə Rusiyadan futbolçu çağırıldı
16.12.2018 , 11:32

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir. Hazırlıq prosesinə daha bir oyunçu dəvət olunub.
Rusiyanın “Sokol” klubunda çıxış edən Vəli Məmmədov yığmamızın heyətinə qoşulub.
Vüqar Məmmədin rəhbərliyi altında davam edən toplanış dekabrın 19-da sona çatacaq.
